Bəhreynin hava hücumundan müdafiə sistemləri regional qarşıdurmanın başlanğıcından bəri İrandan atılan 95 raket və 164 dronu hava məkanında zərərsizləşdirib.
"Report"un məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyi açıqlama verib.
"İranın hücumları başlayandan bəri ölkənin hava hücumundan müdafiə sistemləri 95 raketi və 164 PUA-nı ələ keçirib və məhv edib", - nazirliyin açıqlamasında qeyd olunur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.