Bakının Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisələri olub.
Lent.az xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa və Bilgəh qəsəbəsindəki bağ massivlərindən 1160 manat nağd pul, 2875 manat dəyərində məişət, təmir-tikinti alətləri və 800 manatlıq qızıl-zinət əşyalarını talayıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 49 yaşlı İsmayıl Nuriyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Hadisələr