IMG-LOGO

"Brent" neftin qiyməti ötən ilin avqustundan ilk dəfə 102 dolları keçib

09 Mar 2026 04:03 7 baxış
IMG

Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün "Brent" markalı neftin bir barelinin qiyməti 30 avqust 2022-ci ildən bəri ilk dəfə 102 dolları keçib.

"Report"un məlumatına görə, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, neftin bir barelinin qiyməti 9,46 % artaraq 102,15 dollara çatıb.

Bakı vaxtı ilə saat 02:07-yə olan məlumata görə, qiymət artımı sürətlənib və barel üçün 102,66 dollara (10 % artım) çatıb.

Xəbər lenti