IMG-LOGO

İsrail Tehranda SEPAH-ın HHQ qərargahına zərbə endirdiyini bildirib

09 Mar 2026 02:19 6 baxış
IMG

İsrail aviasiyası Tehrana edilən növbəti hücum çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin qərargahına zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun nümayəndəsi, briqada generalı Efi Defrin bildirib.

"Biz İrana güclü zərbələr endirməyə davam edirik. Zərbə nəticəsində SEPAH-ın Hərbi Hava Qüvvələrinin qərargahını məhv etdik. Bu hücumun gedişatında həmçinin İsrailə qarşı zərbələr endirmək üçün hazırlanmış PUA ehtiyatları da məhv edildi", - o, brifinqdə bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

Xəbər lenti