IMG-LOGO

ABŞ İrana qarşı əməliyyata görə strateji neft ehtiyatından istifadə edə bilər

09 Mar 2026 02:45 9 baxış
IMG

Vaşinqton administrasiyası zərurət yaranarsa, İrana qarşı hərbi əməliyyatlar fonunda qlobal qiymətləri aşağı salmaq üçün strateji neft ehtiyatından neft satmağa başlaya bilər.

"Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt bunu CBS telekanalının efirində bildirib.

"Amerikanın strateji neft ehtiyatında hələ də 400 milyon bareldən çox neft var. Əlbəttə ki, biz onu fəal şəkildə istehsal edirik", - o qeyd edib.

"Lazım gələrsə, ondan istifadə etməkdən məmnunuq", - Rayt strateji neft ehtiyatına toxunaraq əlavə edib.

Xəbər lenti