Vaşinqton Hörmüz boğazından keçən tankerləri qorumaq üçün ABŞ hərbçilərini ora yerləşdirmək imkanlarını nəzərdən keçirir.
"Report"un məlumatına görə, ABŞ-nin energetika naziri Kris Rayt bu barədə CBS telekanalının efirində bildirib.
"Hazırda tankerlərin boğazdan çıxışını təmin etmək istəyən insanlarla işləyirik", - o, kiminlə əlaqə saxladığını açıqlamadan deyib.
Raytın sözlərinə görə, ola bilsin, ilkin mərhələdə tankerlərin birbaşa müdafiəsi ABŞ Silahlı Qüvvələri tərəfindən təmin edilsin.
"Amma ən vacib şey onları bu gəmilərə təhdid etmək qabiliyyətindən məhrum etməkdir", - nazir İran tərəfini nəzərdə tutaraq əlavə edib.