İsrailin Müdafiə Ordusu Tehrana son zərbələr dalğası zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kosmik Qüvvələrinin qərargahına və 50 sursat anbarına hücum etdiyini bildirib.
"Report" xəbərinə görə, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
İsrailin Müdafiə Ordusu qeyd edib ki, Kosmik Qüvvələrin qərargahı ölkənin Silahlı Qüvvələri ilə əlaqəli olan İran Kosmik Agentliyi üçün qəbuledici, ötürücü və tədqiqat mərkəzi kimi xidmət edirdi.
İsrail hərbçilərinin məlumatına görə, obyektdə tədqiqat mərkəzləri, eləcə də 2022-ci ilin avqustunda buraxılan və SEPAH tərəfindən İsraili izləmək üçün istifadə edilən peykin komandanlıq və idarəetmə strukturu yerləşirdi.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.