Rəsmi Vaşinqton bəzi tədbirlərin yumşaldılmasına baxmayaraq, Moskvaya qarşı sanksiya siyasətindən imtina etmək niyyətində deyil.
"Report"un məlumatına görə, ABŞ-nin energetika naziri Kris Rayt bunu "CNN News"un efirində bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ İranın enerji sektoruna zərbə endirməyi planlaşdırmır.
"İranın neft sənayesinə, qaz sənayesinə və ya enerji sektorundakı digər obyektlərə zərbə endirmək planı yoxdur", - nazir deyib.
Rayt həmçinin Hörmüz boğazı ilə gəmiçilik hərəkətinin tezliklə normal vəziyyətə qayıdacağına əminliyini bildirib.