ABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək.
“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Amerika lideri “Konqres tədbir görmədən Vaşinqton Kiyevi silahla təmin edə biləcəkmi” sualını belə cavablandırıb: “Xeyr, amma onların hərəkətə keçmə vaxtıdır, sizcə, elə deyilmi?”.
Bizim Telegram kanalımıza abunə olun