IMG-LOGO

Vensan Kompani "Bavariya"nın düşərgəsinə qayıdıb

10 Nov 2026 17:14 4 baxış
IMG

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani komandanın düşərgəsinə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Oktyabrın 23-də 40 yaşlı belçikalı mütəxəssis klubun məşq bazasında huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb.

Bildirilib ki, Kompani son vaxtlar virus infeksiyasından əziyyət çəksə də, xəstəliyin əlamətlərinə baxmayaraq, fəaliyyətini tam davam etdirib.

Vensan Kompani 2024-cü ilin mayından "Bavariya"nın baş məşqçisidir. Onun rəhbərliyi altında Münhen təmsilçisi iki dəfə Almaniya çempionu olub, eyni sayda ölkə Superkubokunu qazanıb, həmçinin bir dəfə Almaniya Kubokunun qalibi olub.

Mənbə: report.az

Xəbər lenti