IMG-LOGO

Məşhur futbolçunu Dubayda ventilyatorla gəzdirdilər – VİDEO

10 Nov 2026 16:46 3 baxış
IMG
1 0

“Real”ın braziliyalı ulduzu Vinisius Junior Dubayda qeyri-adi görüntüləri ilə gündəmə gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən 26 yaşlı futbolçu istirahət üçün Dubaya yollanıb.

İsti havadan narahat olan futbolçunu sərinlətmək üçün əməkdaşlar onu müşayiət ediblər. Görüntülərdə əməkdaşlardan birinin Vinisiusu günəşdən qorumaq üçün başı üzərində çətir tutduğu, digərinin isə ventilyatorla sərinlətdiyi əks olunub.

Onun küçədə bu şəkildə gəzməsi ətrafdakıların diqqətini çəkib.

Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Sizin brauzer video tagını dəstəkləmir. Vinisius Junior Real Madrid futbolçu İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti