İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Maykl Kerriklə yollarını ayırmağı planlaşdırır.
Lent.az xəbər verir ki, klub rəhbərliyi uğursuz nəticələr səbəbindən britaniyalı mütəxəssisi vəzifəsindən azad etməyi nəzərdən keçirir. Lakin istefa ilə bağlı yekun qərar hələ rəsmən açıqlanmayıb.
Rəhbərlik noyabrın 22-də “Liverpul”la keçiriləcək qarşılaşmaya qədər yeni baş məşqçi məsələsini həll etmək istəyir.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa” ilə 4:4 hesablı heç-heçə edib. Komanda 10 turdan sonra cəmi 8 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və aşağı liqaya düşmək təhlükəsi ilə üzləşib.
Ötən mövsüm isə “Mançester Yunayted” 71 xalla üçüncü yeri tutub. Çempionluğu 85 xal toplayan “Arsenal” qazanıb.
İdman xəbərləriMənbə: lent.az