IMG-LOGO

İzmirdə zavodda baş verən partlayışla bağlı 11 nəfər saxlanılıb

10 Nov 2026 15:13 2 baxış
IMG

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə ədliyyə nazirinin müavini Can Tuncay deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı 11 şübhəli haqqında həbs qərarı verilib.

Qeyd edək ki, 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı ötən gün aparılan ilkin araşdırmalar nəticəsində təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılmışdı.

Mənbə: report.az

Xəbər lenti