IMG-LOGO

Quterreş: COP31-dən iqlim dəyişikliyinə qarşı güclü mesajlar gözləyirik

10 Nov 2026 15:41 2 baxış
IMG

Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O konfransdan emissiyaların azaldılması və bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi istiqamətində konkret qərarlar və güclü mesajlar gözlədiklərini deyib.

BMT-nin Baş katibi yaxın illərdə qlobal emissiyaların ən azı 6 faiz azaldılmasının vacibliyini vurğulayıb, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılmasına çağırıb.

Quterreş Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən "Sıfır tullantı" layihəsini yüksək qiymətləndirib və onun iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini qeyd edib.

Mənbə: report.az

Xəbər lenti