Azərbaycan və Böyük Britaniyanın "Palantir" şirkəti arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Böyük Britaniyaya səfər çərçivəsində "Palantir" şirkətinin nümayəndələri ilə görüş keçirdik. Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və "Palantir" platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi apardıq",- deyə nazir qeyd edib.