IMG-LOGO

Azərbaycan parapauerliftinqçiləri Tbilisidə Avropa Açıq çempionatında iştirak edəcəklər

06 Mar 2026 10:28 5 baxış
IMG

Azərbaycan parapauerliftinqçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında qüvvələrini sınayacaqlar.

"Report" Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, yarış martın 6-dan 12-dək davam edəcək.

Turnirdə kişi idmançılardan Elcan Səmədzadə (49 kq), Pərvin Məmmədov (49 kq), Ceyhun Mahmudov (59 kq), Rəsul Zəkiyev (97 kq) və İlhamiz Kərimov (+107 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə ölkəmizi Zəhra Dadaşova (61 kq) təmsil edəcək.

Xəbər lenti