IMG-LOGO

Azərbaycan Basketbol Liqasında "Naxçıvan" – "Lənkəran" matçı baş tutacaq

06 Mar 2026 09:25 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasında (ABL) XVIII turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Naxçıvan" bu gün "Lənkəran" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Sərhədçi İdman Mərkəzində, saat 20:00-da start götürəcək.

Naxçıvan təmsilçisi B qrupunda 30 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" isə 21 xalla sonuncu - altıncıdır.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67) məğlub edib.

Xəbər lenti