IMG-LOGO

ABŞ İranın aviadaşıyıcı gəmisinə zərbə endirib

06 Mar 2026 07:28 2 baxış
IMG

Amerika qoşunları İranın pilotsuz uçuş aparatlarını daşıyan gəmisinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM tərəfindən paylaşılan videoda sursatın İranın nəhəng gəmisinə dəyməsi və onun üzərindən qatı tüstünün yüksəlməsi görünür.

Komandanlığın məlumatına görə, ölçülərinə görə İkinci Dünya müharibəsi dövrünün aviadaşıyıcılarını xatırladan PUA daşıyan gəmi "hazırda yanır".

Məlumatda zərbənin məhz harada endirildiyi dəqiqləşdirilməyib.

Xəbər lenti