Rusiyada zorlamaya görə 10 ildir axtarışda olan saxlanılıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, 31 yaşlı əcnəbi 2013-cü ildə Kaluqa vilayətində şəhər meydanlarından birində 19 yaşlı qıza hücum edib. Onu zorlayıb, daha sonra pulunu və telefonunu götürərək hadisə yerindən qaçıb. Faktla bağlı zorlama, cinsi təcavüz və quldurluq maddələri ilə cinayət işi açılıb.
Cinayətkar 10 ildən çox axtarılıb. Genetik müayinənin nəticələrinə əsasən onun genotipi və şəxsiyyəti müəyyən edilib.
Şübhəli şəxs 2023-cü ildə Moskva vilayətində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.