IMG-LOGO

Zelenski Şoltsla Almaniyanın Ukraynaya dəstəyini müzakirə edib

16.02.2024 15:13 46 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Münxendə Almaniya kansleri Olaf Şoltsla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisindən bildirilib.

Liderlərin Almaniyanın Ukraynaya dəstəyini, həmçinin Kiyevin Avropa İttifaqına və NATO-ya üzvlüyünü müzakirə etdikləri bildirilib.

Ukrayna və Almaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.

Qeyd edək ki, V.Zelenski Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. Onun digər hökumət və dövlət başçıları ilə də görüşü gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti