IMG-LOGO

İran səfirliyindən SƏRSƏM BƏYANAT

05 Mar 2026 18:30 4 baxış
IMG
4 0

İranın Azərbaycandakı səfirliyi Naxçıvana olan drom hücumu ilə bağlı gülünc doğuran bəyanat yayıb. 

Lent.az xəbər verir ki, səfirliyin yaydığı bəyanatda hadisə barədə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən məlumatlandırıldıqları və hazırda məsələnin detallarının araşdırıldığı qeyd olunur. 

Bununla yanaşı səfirlik bəyan edir ki, İran ərazisindən Naxçıvana hücum edilməsi barədə iddialar tamamilə əsassızdır.

Həmçinin bəyanatda qeyd olunur ki, son günlərdə ABŞ və İsrailin hərbi bazalarına qarşı müəyyən tədbirlər həyata keçirilib: "Bu addımlar heç bir halda dost və qonşu ölkələrə qarşı yönəlməyib, hədəf yalnız təcavüzkar tərəflərin hərbi bazaları olmuşdur".

Bəyanatdan açıq-aşkar görünür ki, İran hər zaman olduğu kimi bu dəfə də riyakarcasına hadisəni manipulyasiya etməklə məşğuldur. 

Belə ki, səfirlik bəyanatın birinci hissəsində deyir ki, hadisə araşdırılır . Sonra isə bildirir ki, bu iddialar əsassızdır. 

Ağayi Müctəba, araşdırılan bir məsələyə necə anında "əsassızdır" deyə bilirsiz?

Bundan başqa, səfirlik bəyan edir ki, "Bu addımlar heç bir halda dost və qonşu ölkələrə qarşı yönəlməyib, hədəf yalnız təcavüzkar tərəflərin hərbi bazaları olmuşdur".

Ağayi Müctəba, indi siz guya iddia edirsiniz ki, Naxçıvanda ABŞ-ın hərbi bazası var? Bu hansı ağılın məhsuludur?

Birmənalı olaraq deyə bilərik ki, İran səfirliyi riyakarcasına hadisəni manipulyasiya edir. 

Azərbaycan lideri İlham Əliyevin qeyd etdiyi kimi, "Bu terror aktı böyük nankorluq nümunəsidir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar".

 

 

 

Hadisələr İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi İran Naxçıvanı vurdu

Xəbər lenti