IMG-LOGO

İsrail Əlborz əyalətində İran qərargahına zərbələr endirib

05 Mar 2026 17:51 5 baxış
IMG

İsrail İranın Əlborz əyalətində yerləşən və İranın bütün daxili təhlükəsizlik qüvvələrinə cavabdeh olan qərargaha zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.

Tehran rayonunda son hava zərbələri dalğası zamanı İran xüsusi təyinatlılarının qərargahı, "Bəsic" hərbiləşdirilmiş qruplaşmasının bazalarını və rejimin digər obyektləri vurulub. Zərbələrdə İsrail Hərbi Hava Qüvvələrinin 90-a yaxın qırıcısı iştirak edib, onlar təxminən 200 bomba ataraq 40-a yaxın hədəfi vurublar.

İsrail Müdafiə Ordusu bildirib ki, Tehranın digər rayonlarında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə, "Bəsic" bazalarına, daxili təhlükəsizlik qüvvələrinin qərargahına, həmçinin onlarla digər komanda mərkəzlərinə və silah anbarlarına zərbələr endirilib.

Xəbər lenti