IMG-LOGO

Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Quba"nı səfərdə məğlub edib

05 Mar 2026 16:40 2 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XVIII tura start verilib.

"Report" xəbər verir ki, "Quba" evdə "Sumqayıt"la üz-üzə gəlib.

Quba Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 117:116.

Günün son matçı "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" və "Ordu" klubları arasında baş tutacaq.

Qeyd edək ki, XVIII tura martın 8-də yekun vurulacaq.

Xəbər lenti