IMG-LOGO

Rütte: İran nüvə potensialını artıraraq Yaxın Şərq və Avropa üçün təhdidə çevrilməyə yaxın idi

05 Mar 2026 15:44 2 baxış
IMG

İran nüvə potensialını artırmağa və Avropa üçün təhlükəyə çevrilməyə yaxın idi.

"Report" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte "Reuters" agentliyinə müsahibəsində bildirib.

"Biz bilirik ki, İran təkcə Yaxın Şərq və İsrail üçün deyil, həmçinin Avropa üçün təhlükə yaradacaq nüvə və raket potensialını əldə etməyə yaxın idi", - o deyib.

O, həmçinin Tehranın nüvə və raket potensialını məhv etmək səylərində ABŞ Prezidenti Donald Trampa dəstəyini ifadə edib.

M.Rütte həm də bildirib ki, İranda vəziyyətin necə nəticələnəcəyini qiymətləndirmək çətindir, lakin onun fikrincə, ABŞ nə etdiyini bilir.

Baş katib qeyd edib ki, Türkiyənin hava məkanına yaxınlaşan raketin NATO-nun hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğu dünənki insident alyansın sayıqlığını göstərib.

Xəbər lenti