İranın Azərbaycana hücumu onu sübut edir ki, Tehran vəziyyətə nəzarəti itirib.
"Report" xəbər verir ki, bunu İsrail xarici işlər nazirinin müavini Şaren Haskel bildirib.
"Bu gün səhər Azərbaycanda İranın vəziyyətə nəzarəti tamamilə itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi daha bir qonşu ölkənin mülki hava limanına raketlər və pilotsuz uçuş aparatları atdıqda aydın olur: karnaval bitdi, maskalar düşdü", - o, "X" sosial şəbəkəsində yazıb.
Haskel bildirib ki, Tehran daha proksi təşkilatların arxasında gizlənmir, əksinə, xaos yaratmaq üçün birbaşa hücum edir.
"Hələ də kənarda qalmağın mümkün olduğunu düşünənlər təhlükəli reallıqla üzləşirlər. Dünya onu dayandırmayana qədər İran dayanmayacaq", - ölkənin xarici işlər nazirinin müavini deyib.