IMG-LOGO

Azərbaycan İndoneziya ilə BOEM sahəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB

05 Mar 2026 14:29 4 baxış
IMG

Azərbaycan və İndoneziya arasında enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında keçirilən görüşdə bildirilib.

Məlumata görə, bu aspektdə enerji təhlükəsizliyi, bərpa olunan enerji və dayanıqlı inkişaf, həmçinin enerji sektorunda biznes və investisiyaların təşviqi istiqamətlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Enerji təhlükəsizliyi çərçivəsində Azərbaycandan İndoneziyaya xam neft tədarükünün davam etdirilməsi, neft-qaz sahəsində birgə kəşfiyyat və hasilat layihələrində iştirak, həmçinin neft məhsulları və neft-qaz emalı sahələrində SOCAR və "Pertamina" şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib. Hər iki ölkənin bərpa olunan enerji resurslarının inkişafı üçün mühüm potensiala malik olduğu vurğulanıb, külək və günəş enerjisi layihələri, tullantıdan enerji istehsalı texnologiyalarının tətbiqi, eləcə də biokütlə əsaslı enerji istehsalı üzrə əməkdaşlıq imkanları qeyd edilib. Görüş zamanı enerji sektorunda dövlət qurumları ilə yanaşı, özəl sektorun da əməkdaşlıq prosesinə fəal şəkildə cəlb edilməsinin vacibliyi bildirilib. Enerji sahəsində İşçi Qrupunun ilk iclasının yaxın vaxtlarda keçirilməsi razılaşdırılıb.

14:12

Azərbaycan və İndoneziya arasında enerji təhlükəsizliyi, bərpa olunan enerji sahəsində (BOEM) əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunuə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr nazir ilə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşdə aparılıb.

"Görüşdə enerji sahəsində əməkdaşlığımızın enerji təhlükəsizliyi, bərpa olunan enerji və dayanıqlı inkişaf, eləcə də biznes və investisiyaların təşviqi istiqamətlərində genişləndirilməsi imkanlarını müzakirə etdik", - P.Şahbazov qeyd edib.

Xəbər lenti