IMG-LOGO

Bərzani: Kürdüstan regionu hərbi eskalasiyanın bir hissəsi olmamalıdır

05 Mar 2026 14:29 4 baxış
IMG

İraq Kürdüstanının Prezidenti Neçirvan Bərzani bildirib ki, öz regionunun Yaxın Şərqdə hər hansı münaqişənin və ya hərbi eskalasiyanın bir hissəsinə çevrilməsini istəmir.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, o, bu barədə bəyanatı sosial şəbəkələrdə paylaşıb.

"Kürdüstan regionu, həmişə olduğu kimi, sülh və sabitliyin əsas amili olaraq qalmalı, vətəndaşlarımızın həyatına və təhlükəsizliyinə təhlükə yaradan hər hansı münaqişənin və ya hərbi eskalasiyanın bir hissəsinə çevrilməməlidir. Kürdüstanın ərazi bütövlüyünün və konstitusiyamızın qorunmasına yalnız birlik, həmrəylik və regionun bütün siyasi qüvvələrinin və komponentlərinin ümumi milli məsuliyyəti sayəsində nail olmaq mümkündür", - bəyanatda bildirilib.

Xatırladaq ki, ötən gün Kürdüstanının Dekala şəhərində pilotsuz uçuş aparatı İran kürd üsyançılarının qərargahına zərbə endirib, iki nəfər yaralanıb.

Xəbər lenti