AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC və Böyük Britaniyanın rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti "Entrust" arasında əməkdaşlığa dair memorandum imzalanıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
İmzalanma nazirin Böyük Britaniyaya səfəri çərçivəsində şirkətin nümayəndələri ilə görüşündə baş tutub.
R. Nəbiyev görüşdə zamanı həmçinin Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verib və "Entrust" ilə indiyə qədər olan və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini qeyd edib.

