Azərbaycanın idman gimnastları Nikita Simonov və Dəniz Əlizadə Bakıda keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıblar.
"Report"un məlumatına görə, N.Simonov halqalar üzrə hərəkətlərdə uğurlu çıxış edib.
O, 13.966 xalla beşinci olub və finala yüksəlib.
D.Əlizadə isə dayaqlı tullanmada 8-ci yeri tutduğu üçün həlledici raundda iştirak hüququ qazanıb. Gimnast təsnifatda 12.516 xala layiq görülüb.
Qeyd edək ki, 35 ölkə təmsilçilərinin mübarizə apardığı Dünya Kuboku martın 8-də başa çatacaq.