IMG-LOGO

Dörd Avropa ölkəsi Kipr adasına hərbi dəniz qüvvələri yerləşdirmək qərarına gəlib

05 Mar 2026 14:47 4 baxış
IMG

İtaliya, İspaniya, Fransa və Niderland Kipri qorumaq üçün yaxın günlərdə öz hərbi dəniz qüvvələrini (HDQ) adaya göndərəcək.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" İtaliyanın müdafiə naziri Gido Krozettonun bəyanatına istinadən məlumat yayıb.

Ölkələr bu qərarı bazar ertəsi Akrotiridəki Britaniya hərbi hava qüvvələri bazasının İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmasından sonra qəbul ediblər.

Xəbər lenti