IMG-LOGO

Naxçıvana dron hücumu nəticəsində yaralananların sayı 4-ə çatdı

05 Mar 2026 14:28 3 baxış
IMG
0 0

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

Onlardan 2 nəfərə baş-beyin travması, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.

Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir.

İran Naxçıvanı vurdu

Xəbər lenti