Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiprə yola düşüb.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd olunub ki, səfər bazar ertəsi Kral Hərbi Hava Qüvvələrinin Akrotiri bazasının İrana məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmasından sonra razılaşdırılıb.