IMG-LOGO

Qətərin HHM sistemləri ölkəyə yönəlmiş raket hücumunu zərərsizləşdirib

05 Mar 2026 13:56 5 baxış
IMG

Qətərin Hava Hücumundan Müdafiə (HHM) sistemləri raket hücumunu dəf edir.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Qətər Dövləti raket hücumuna məruz qalıb, HHM qüvvələri hücumun dəf edilməsinə cəlb olunub. Müdafiə Nazirliyi bütün vətəndaşları, xarici rezidentləri və turistləri təmkinli olmağa, şayiələrdən uzaq durmağa və yalnız rəsmi mənbələrə etibar etməyə çağırır", - məlumatda qeyd olunub.

KİV-in məlumatına görə, İran bombardmançıları Əl-Üdeyddəki ən böyük hərbi bazaya zərbə endirməzdən bir neçə dəqiqə əvvəl vurulub.

Xəbər lenti