IMG-LOGO

"Unibank"dan xanımlara 8 Mart hədiyyəsi - 8 faizlik kredit

05 Mar 2026 12:37 4 baxış
IMG
1 0

Unibank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edir, uğurlar arzulayır. Bank xanımlar üçün “8 Martda 8 %” bayram kampaniyası keçirir. Martın 5-dən 7-dək davam edən kampaniya müddətində xanım müştərilər nağd krediti illik 8 %-dən başlayan faizlə rəsmiləşdirə bilərlər. Üç gün ərzində “Unibank”a müraciət edən xanım müştərilər 70 000 manatadək nağd krediti 60 ayadək müddətə sərfəli şərtlərlə əldə edə biləcəklər.

8 Mart kampaniyasının üstünlükləri:

8 %-dən başlayan kredit; 70 000 AZN-dək məbləğ; zamin tələbi yoxdur; 60 ayadək ödəniş müddəti; sürətli və rahat rəsmiləşdirmə; müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

Kredit” sözünü SMS ilə 8117-yə göndərərək; Bankın saytından onlayn müraciət etməklə: https://unbk.az/nagdkredit.

Unibank- Sənin Bankın!

 

İqtisadiyyat

Xəbər lenti