IMG-LOGO

Dövlət Vergi Xidməti: Əsas prioritetimiz sistemi tam rəqəmsallaşdırmaqdır

05 Mar 2026 12:28 4 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsas prioriteti vergi sisteminin tam rəqəmsallaşdırılmasıdır.

"Report" xəbər verir ki, bunu qurumun Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Günay Mahmudova Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.

Onun sözlərinə görə, Dövlət Vergi Xidməti 2025-2028-ci illər üzrə strategiyası çərçivəsində vergi sisteminin tam rəqəmsallaşdırılmasını və vergi ödəyicilərinə münasibətdə insan amilinin minimuma endirilməsini hədəfləyir: "Strategiyamız çərçivəsində əsas prioritetlər rəqəmsal transformasiya, süni intellektin tətbiqi, könüllü əməl etmənin təşviqidir. Gələcək planlarımızdan biri də Əlavə Dəyər Vergisi (ƏDV) bəyannaməsində və mərhələli şəkildə digər bütün bəyannamələrdə "Pre-filled" (öncədən doldurulmuş) mexanizminin tətbiq olunmasıdır. Eyni zamanda vergi inzibatçılığında süni intellektə əsaslanan risk analizi mexanizminin tətbiqi də əsas prioritetlərdən biridir".

Xəbər lenti