IMG-LOGO

Albaneze Avstraliya hərbi qüvvələrinin Yaxın Şərqə göndərildiyini açıqlayıb

05 Mar 2026 12:30 4 baxış
IMG

Avstraliya münaqişə zonasında olan minlərlə avstraliyalı ilə əlaqədar vəziyyətə fövqəladə reaksiya tədbirləri çərçivəsində Yaxın Şərqə hərbi qüvvələr göndərib.

"Report" Avstraliya KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze parlament dinləmələri zamanı bildirib.

"Daha bir reys, EK414 havadadır, göyərtəsində 200-dən çox avstraliyalı var. Bu gün təyyarə Dubaydan Sidneyə yola düşüb. Ümid edirik ki, bu gün daha çox reys olacaq", - o qeyd edib.

Xəbər lenti