IMG-LOGO

Gülnar Tağızadə: "ƏDV-nin məqsədləri üçün qeydiyyat həddi qonşu ölkələrlə müqayisədə yüksəkdir"

05 Mar 2026 12:58 4 baxış
IMG

Hazırda Azərbaycanda ƏDV-nin məqsədləri üçün qeydiyyat həddi digər qonşu ölkələrlə müqayisədə olduqca yüksəkdir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin şöbə rəisi Gülnar Ağazadə Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.

Onun sözlərinə görə, bu göstərici onu deməyə imkan verir ki, bu gün Azərbaycanda biznes üçün əlverişli biznes mühiti formalaşıb: "Amma bu gün ƏDV qeydiyyat limitinin 200 min manatdan 400 min manata qaldırılması ilə bağlı yanlış təsəvvür yaranıb. Əslində ƏDV qeydiyyat məqsədləri üçün post-terminal vasitəsilə formalaşan nağdsız dövriyyə 50 % həcmində nəzərə alınır. Yəni hazırda pərakəndə ticarət və əhaliyə xidmət göstərilən sahələrdə post-terminal vasitəsilə formalaşan dövriyyə 50 % həcmində nəzərə alınır. Bu da ona deməyə əsas verir ki, burada ƏDV qeydiyyat limiti deyil, nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat limiti artırılıb. Yəni əhaliyə xidmət göstərilən sahələrdə hesablaşma 100 % həcmində nağdsız olduğu təqdirdə bu limit 400 minə manata qədər artırılıb. Bu dəyişikliyin əsas səbəbi nağdsız ödənişlərin stimullaşdırılması, kölgə dövriyyənin azaldılması və iqtisadi şəffaflığın gücləndirilməsidir."

Xəbər lenti