Azərbaycanda hazırda müddətli həqiqi hərbi xidmət qulluqçularının 839 övladı sosial yardım alır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda onun uşaqlarına sosial yardım göstərilməsi məqsədilə aylıq hər bir uşağa münasibətdə 140 manat müavinət verilir.
Müavinət müddətli həqiqi hərbi xidmət qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə təyin olunur və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.
Həmçinin bildirilib ki, 2025-ci ildə müddətli həqiqi hərbi xidmətdə olanların uşaqlarına 738 min manatdan çox məbləğdə müavinət ödənilib.