IMG-LOGO

Nazir: "Azərbaycandakı vergi və gömrük güzəştləri investorlar üçün əlavə imkanlar yaradır"

05 Mar 2026 11:41 3 baxış
IMG

Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış infrastruktur, vergi və gömrük güzəştləri, həmçinin dövlət-özəl tərəfdaşlığı mexanizmləri investorlar üçün əlavə imkanlar yaradır:

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" Forumunda deyib.

Onun sözlərinə görə, regionda müşahidə olunan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycanda sahibkarlar və investorlar üçün əlverişli və sabit biznes mühiti qorunub saxlanılır: "Müxtəlif ölkələrlə yaradılmış birgə investisiya fondları sərmayədarlara dayanıqlı layihələrdə iştirak etmək, eləcə də texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıq imkanları təqdim edir".

M. Cabbarov bildirib ki, ölkə iqtisadiyyatında müşahidə olunan müsbət meyillər fonunda Azərbaycanın suveren kredit reytinqi də yüksəlib: "Belə ki, "Fitch Ratings" və "Moody"s" tərəfindən Azərbaycanın kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib. Ölkənin kredit reytinqi üzrə növbəti dövr üçün proqnozlar müvafiq olaraq "stabil" və "müsbət" olaraq qiymətləndirilib".

Xəbər lenti