IMG-LOGO

ADY: Son 10 gündə hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb

05 Mar 2026 11:53 4 baxış
IMG

Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.

"Report" bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib. Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.

"Atılan hər daş təkcə qatara yox, həm də qatar heyətinə və evə, işə, dərsə, görüşə gedən sərnişinə – insan həyatına atılır. Bir daha bu cür vandallıqları törətməkdən çəkinməyə, hamımızın sərvəti olan qatarları qorumağa çağırırıq", - deyə məlumatda deyilir.

Xəbər lenti