IMG-LOGO

4SİM: 3 pilot təşkilata dəstək göstərilib

05 Mar 2026 11:56 4 baxış
IMG

Azərbaycanda "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya" çərçivəsində 3 pilot təşkilata dəstək göstərilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.

Onun sözlərinə görə, ​strategiyada 3 ana istiqamət müəyyən edilib: "Bunlar, biznes, cəmiyyət və dövlətdir. Ümumilikdə 50 təşəbbüs nəzərdə tutulub".

4SİM direktoru qeyd edib ki, sənəddəki bəzi əsas bəndlər, "​Rəqəmsal inkişafa dəstək proqramı" (dövlət subsidiyası hesabına), "Generativ Süni İntellektin iqtisadiyyatda tətbiqi", "Rəqəmsal əkiz (Digital Twin) vasitəsilə simulyasiyaların hazırlanması", "​Beynəlxalq sertifikat alan Azərbaycan vətəndaşlarının vəsaitlərinin geri qaytarılması", "​Xaricdə təhsil və vergi mexanizmlərinin təkmilləşdirilməsi"dir. ​Artıq 2026-cı ildə biz bu proqrama başlamışıq və 3 pilot təşkilata dəstək göstərmişik. Ekspertlərimiz zavod və fabriklərə gedərək biznes prosesləri, istehsal prosesini və texnoloji hazırlığı qiymətləndirirlər".

"2026-cı ildə qlobal rəqəmsal iqtisadiyyatın dəyərinin 28 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu isə cari qlobal Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 25 %-nə bərabərdir. 2030-cu ilə qədər isə bu rəqəmin 40 % olacağı gözlənilir", - deyə o qeyd edib.

Xəbər lenti