IMG-LOGO

Almaniya Yaxın Şərq ölkələrindən 250 vətəndaşını geri qaytarıb

05 Mar 2026 11:57 3 baxış
IMG

Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar region ölkələrini tərk edə bilməyən Almaniya vətəndaşlarını daşıyan ilk təxliyə təyyarəsi Frankfurt hava limanına eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Die Welt" nəşrinin məlumatında deyilir.

"Lufthansa" aviaşirkətinin Maskatdan (Oman) gələn təyyarəsinin göyərtəsində əsasən hamilə qadınlar, uşaqlar və xəstələr olmaqla, təxminən 250 nəfər olub.

Növbəti reyslərin yaxın günlərdə həyata keçirilməsi planlaşdırılır.

Daha əvvəl verilən məlumata görə, ABŞ-nin İrana qarşı əməliyyatından sonra on minlərlə alman turist Fars körfəzi regionunda qalıb.

Xəbər lenti