Çinin 2026-cı il üçün dövlət büdcə kəsirinin hədəfi ÜDM-in təxminən 4%-i səviyyəsində qiymətləndirilir.
"Report" xəbər verir ki, bu barədə 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin 4-cü sessiyası zamanı dərc olunmuş hesabatda deyilir.
"Bu il üçün kəsirin ÜDM-ə nisbəti təxminən 4% olaraq müəyyən edilib. Hökumət kəsiri 5,89 trilyon yuan olaraq müəyyən edilib", - deyə məlumatda bildirilir.
Çin Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin 2025-ci il üçün dövlət büdcəsinin xərcləri 1% artaraq 28,73 trilyon yuanı (4,12 trilyon dollar) keçib. Gəlirlər isə 1,7% azalaraq 21,6 trilyon yuana (3,1 trilyon dollar) çatıb.
Eyni zamanda Çin hökuməti 2026-cı il üçün ÜDM artımını 4,5-5% səviyyəsində hədəfləyib. Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkənin 2025-ci ildə ÜDM-in artım tempi 5% təşkil edərək 140,18 trilyon yuana (20,01 trilyon dollar) çatıb.
Çin hökumətinin hesabat dövrü üçün hədəfi "təxminən 5%" olub ki, bu da Beynəlxalq Valyuta Fondunun dekabr ayı proqnozuna uyğundur.