Britaniya kral ailəsinin gəlini, müasir dövrün “Zoluşka”sı kimi tanınan gələcək kraliça Keyt Middlton qarın nahiyəsindən əməliyyat olunub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, onun əməliyyatı planlaşdırılıb. Çünki həmin rəsmi açıqlamada başqa detallar da var idi.
Belə ki, Şahzadə Uilyamla evli olan üç uşaq anası Keyt 14 gün xəstəxanada qalacaqdı. Daha sonra aprelin ortalarına qədər evdə dincələcəkdi.
Bu vəziyyət onun pərəstişkarlarını həqiqətən də narahat edirdi. Çünki müasir tibbin çox inkişaf etdiyi bir vaxtda bu sağalma prosesi planlı əməliyyat üçün çox uzun idi.
Təbii ki, şayiələr dərhal başladı. Bu cür söz-söhbətlərin “qarışdığı” sosial media bir yana, dünya mətbuatı da bir çox iddialar irəli sürüb.
Bəzilərinin dediyinə görə, Keytin uşaqlığı götürülüb. Onun həddindən artıq arıq olması və son vaxtlar qeyri-sağlam görünüşü nəyinsə səhv olduğunu göstərirdi. Üstəlik, açıqlama verilməzdən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Bu vəziyyət əməliyyatın ətrafındakı məxfilik pərdəsini daha da qalınlaşdırdı. Təbii ki, hələlik rəsmi açıqlama verilməyib.
İndi son vəziyyətdə 42 yaşlı şahzadə Keyt əri Uilyam və uşaqları Corc, Şarlotta və Lui ilə birlikdə istirahət edir və sağlamlığını bərpa etməyə çalışır.