IMG-LOGO

Pentaqon NATO-nun İrana qarşı əməliyyatda iştirakını istisna etməyib

05 Mar 2026 01:15 2 baxış
IMG

ABŞ-də müharibə nazirinin siyasət üzrə müavini Elbric Kolbi NATO-nun İrana qarşı əməliyyatda iştirakını istisna etməyib.

"Report" xəbər verir ki, o fikrini belə əsaslandırıb.

"Məncə, vəziyyətin hansısa formada birləşmə və ya hərəkətlərin əlaqələndirilməsinə doğru inkişaf etməsi üçün real ehtimal var", - deyə o bildirib.

Elbric Kolbi əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatına digər dövlətlər də qoşula bilər:

"Düşünürəm ki, hazırkı Amerika-İsrail əməliyyatı çərçivəsində İrana qarşı fəaliyyət göstərən ölkələrin bir növ birləşməsinə doğru təkamül yolu ilə irəliləyiş üçün real potensial var. Bu, sadəcə bir təhdid deyil. Ölkələr buna qarşı tədbir görməyə hazırdırlar. Fars körfəzinə baxın. Bəli, israillilər də bu işə qarışıblar. Amma Körfəz dövlətləri də bu işə qarışıblar", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Tehran təkcə Yaxın Şərqdə deyil, həm də potensial olaraq NATO-da geniş ölkələrə zərbə endirməyə hazırdır.

Eyni zamanda, o, NATO-nun İran ətrafındakı vəziyyətdə 1949-cu ildə Vaşinqtonda imzalanmış Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsindən istifadə edə biləcəyini aydınlaşdırmaq istəyindən yayınıb. Bu maddə blokun kollektiv müdafiə prinsipini təsbit edir.

Xəbər lenti