IMG-LOGO

ABŞ-də məhkəmə səhvinə görə 37 il cəza çəkmiş şəxsə 14 milyon dollar ödəniləcək

16.02.2024 07:19 45 baxış
IMG

ABŞ-nin Florida ştatının Tampa şəhərinin səlahiyyətliləri səhv məhkəmə qərarına görə 37 ilini dəmir barmaqlıqlar arxasında keçirən 59 yaşlı Robert Dyubuaza mənəvi ziyana görə 14 milyon dollar təzminat ödəməyə razılaşıblar.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

Dyubuaz 1983-cü ildə Floridada 19 yaşlı Barbara Qramsın zorlanmasında və öldürülməsində günahkar bilinib. 2020-ci ildə, 1980-ci illərdə hüquq-mühafizə orqanlarına təqdim olunmayan DNT testi cinayətləri başqa bir şəxsin törətdiyini üzə çıxarıb. O vaxta qədər 37 il cəza çəkmiş Dyubuaz azadlığa buraxılıb.

Şəhər Şurasının üzvləri pulun şəhərin Dyubuaz üçün edə biləcəyi ən az vəsait olduğunu deyirlər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti