Azərbaycan Böyük Britaniya ilə nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahəsində strateji tərəfdaşlıq imkanlarını müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr R.Nəbiyev ilə Böyük Britaniyanın İxrac maliyyələşdirilməsi üzrə Dövlət Agentliyinin baş icraçı direktoru Tim Rid ilə görüşdə aparılıb.
"Görüşdə Azərbaycanda nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahəsində aparılan transformasiya barədə məlumat verdik. Bu sahədə Birləşmiş Krallıqla strateji tərəfdaşlıq imkanlarını müzakirə etdik", - nazir vurğulayıb.