IMG-LOGO

Pit Heqset: İran ABŞ və İsrailin hərbi əməliyyatına cavab vermək iqtidarında deyil

04 Mar 2026 17:37 3 baxış
IMG

ABŞ-nin müharibə naziri Pit Heqset İrana zərbələrin "yeni dalğalar"ını anons edib.

"Report" xəbər verir ki, o bunu brifinq zamanı bəyan edib.

P.Heqset əlavə edib ki, Tehran indiki şəraitdə ABŞ və İsrail Silahlı Qüvvələrinin İrana qarşı əməliyyatına koordinasiyalı cavab vermək iqtidarında deyil.

Onun sözlərinə görə, ABŞ ordusu İrana qarşı əməliyyatları davam etdirmək üçün bütün zəruri resurslara malikdir.

Nazir vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin, o cümlədən ən müasir döyüş sursatı ehtiyatları kifayət qədərdir.

Onun sözlərinə görə, ABŞ ordusu artıq əhəmiyyətli uğurlar əldə edib: "İranın Hərbi Hava Qüvvələri artıq mövcud deyil, İranın Hərbi Dəniz Qüvvələri artıq əhəmiyyətli amil deyil. ABŞ İranı hərbi potensialını tez bərpa etmək imkanından məhrum etməyə çalışır".

Nazir qeyd edib ki, ABŞ və İsrail İranın səması üzərində "tam nəzarət" quracaqlar: "ABŞ qalib gəlir".

Xəbər lenti