IMG-LOGO

Ekspert: Xalçaçılıqda süni intellekt insanın önünə keçə bilməz

04 Mar 2026 17:47 4 baxış
IMG

Xalçaçılıqda süni intellekt insanın önünə keçə bilməz.

Bunu "Report"a müsahibəsində Milli Xalça Muzeyinin eksperti, əməkdar xalçaçı rəssam Məhəmmədhüseyn Hüseynvov deyib.

Onun sözlərinə görə, süni intellekt xalçaçılıq sənəti üçün də problem yaradacaq səviyyədə inkişafdadır.

"Amma, fikrimcə, xalqın yaddaşına, kökünə, mədəni irsinə əsaslanan belə bir sənətdə süni intellekt insanın önünə keçə bilməz. Bəli, müəyyən mənada, ornamentləri deqradasiyaya uğrada bilər, bu isə, şübhəsiz, süni intellekti istifadə edən rəssamdan asılıdır".

Rəssam bildirib ki, insan süni intellektlə davranışını təkmilləşdirməlidir.

"Bu ona görə lazımdır ki, uğursuz nəticələrə yol açılmasın. Ümumiyyətlə, yaradıcı sahələrdə süni intellektdən maksimum qaçmaq lazımdır. Çünki yaradıcılıq birbaşa düşüncəyə, beyinə, təxəyyülə bağlı bir şeydir".

M.Hüseynov fabrik xalçaçılığı ilə əllə toxunan xalçanın fərqinə də toxunub.

"İndi fabrik xalçaçılığı inkişaf edir, amma əllə toxunan xalçanın ilməsini fabrikdəki maşın edə bilmir. İnsan bu gün kosmosa açılır, süni intellekti yaradır, amma insanın əllə toxuduğu ilməni fabrikdəki aparata mənimsədə bilmir, o effekti ala bilmir".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti