Naxçıvanda nazir təyinatı olub.
Lent.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul edilib.
Qərara əsasən, 32 yaşlı Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.
Fərid Bağırzadə harada anadan olub?
Fərid Bağırzadə 1994-cü ildə Bakıda anadan olub.
Fərid Bağırzadə harada təhsil alıb?
Fərid Bağırzadə 2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib. 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.
Fərid Bağırzadə hansı vəzifələrdə çalışıb?
Fərid Bağırzadə 2023-2024-cü illərdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.
Fərid Bağırzadə gənc nazir bioqrafiya